Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah Ərafinin İmam Xameneiyə ünvanladığı təşəkkür və minnətdarlıq məktubunun mətni belədir:
Bismilləhir-Rahmənir-Rahim
Hörmətli Ayətullah Üzma İmam Xamenei (Allah onun uca kölgəsini davamlı etsin)
İslam İnqilabının Ali Rəhbəri
Salam və ehtiramla
Mən özümə borc bilirəm, Qum Elmi Hövzəsinin yenidən təsisinin yüzillik yubileyi və mərhum Ayətullah Üzma Hairi (r) ilə bağlı çox mühüm tarixi bəyanınızı böyük dəyər və hörmətlə təqdim edəm. Daha sonra isə, bütün hövzə alimləri, müxtəlif təbəqələr və hövzə qurumları adından, Zati-alinizin dəyərli göstəriş və tələblərini ciddi şəkildə izləməyə dair yenidən əhd və peyman etdiyimizi bəyan edirəm.
Allah-Təalanın yardımı ilə, Zati-aliniz tərəfindən hövzə üçün təqdim edilən “öndə gedən və nümunəvi hövzə” manifesti hövzəyə, tələbələrə və gənc alimlərə, eləcə də hövzənin inkişaf prosesinə yeni bir nəfəs verdi. Bu manifest, hövzənin orijinal və təsirli rəhbərlik düşüncəsinə əsaslanaraq, aydın, sivilizasiyaya yönəlmiş bir gələcəyə və qabaqcıl, nümunəvi bir hövzəyə doğru istiqamət göstərdi və həmçinin, hicri şəmsi tarixinin XV əsrinin əvvəlində Qum hövzəsinin və digər elmi hövzələrin inkişafında yeni və tarixi bir mərhələnin başlanğıcı olacaqdır.
Hövzənin və onun bütün rəhbərliyinin əhd və peymanı budur ki, Qum Elmi Hövzəsi və digər dini tədris mərkəzləri insanı, dünyanı və müasir gəncliyi hərtərəfli şəkildə tanımaqla, İslam İnqilabı və İslam Respublikasının ehtiyaclarına dərindən nəzər salmaqla güclü və zəif cəhətləri, eləcə də mövcud çatışmazlıqları yenidən dəyərləndirməklə və hövzənin imkanlarını maksimum dərəcəyə çatdırmaqla bu mübarək məramnamənin həyata keçirilməsi istiqamətində analiz, izah və təbliğ işlərini aparmaq, diskurs yaratmaq və onun təbliğini həyata keçirmək, həmçinin icra prosesini layihələndirmək və uzunmüddətli, orta və qısamüddətli inkişaf proqramlarının tərkibinə daxil etmək üçün bütün gücünü istifadə etsin.
Bundan əlavə, hövzənin inkişafı və yüksəlişi üçün başladılmış bu yolu daha da təkmilləşdirərək. Bu prosesdə keçmiş alimlərin elmi və mənəvi irsi, mərhum İmam Xomeyninin (r.ə) və böyük təqlid mərcələrinin tövsiyələri, eləcə də Zati-alinizin son onilliklər ərzində buyurduğu istiqamətlərdən faydalanaraq, hövzə məramnaməsində vurğulanan əsas prinsiplərin reallaşdırılması təmin ediləcəkdir.
Ümid edilir ki, Allah-Təalanın inayəti və İmam Zamanın (ə.f) xüsusi diqqəti eləcə də bütün hövzə əhlindən – xüsusilə tələbələr və gənc müəllimlərdən və müxtəlif hövzə qurumlarının birlik, həmrəylik və əməkdaşlığı ilə hövzənin çiçəklənmə və xidmət yolunda irəliləyişi davam etsin. Böyük bir ümid və əminliklə inanırıq ki, Zati-alinizin bələdçiliyi və xüsusi diqqəti hər zaman olduğu kimi bu yolda hövzənin rəhbəri və dayağı olacaqdır.
Zati-aliniz üçün daim sağlamlıq, izzət və ilahi kömək diləyir, İslam İnqilabının, İran xalqının, İslam ümmətinin və Müqavimət Cəbhəsinin zəfəri üçün Uca Allaha dua edirəm.
Zati-alinizin uca kölgəsi daimi olsun.
Əlirza Ərafi
Elmi Hövzələrin Müdiri
Rəyiniz